Baş prokuror: Koçaryan həbsdə qalmalıdır | 1news.az | Xəbərlər
Ermənistan

Baş prokuror: Koçaryan həbsdə qalmalıdır

14:16 - 28 / 11 / 2018
Baş prokuror: Koçaryan həbsdə qalmalıdır

Ermənistanın baş prokurorluğu hesab edir ki, ölkənin ikinci prezidenti olmuş Robert Koçaryan həbsdə qalmalıdır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş prokuror Artur Davtyan deyib.

“Biz, hesab edirik ki, hazırkı məqamda Robert Koçaryan həbs altında saxlanılmalıdır”, Davtyan bildirib.

Qeyd edək ki,Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə prokurorluğun müraciətini nəzərdən keçirir.

Xatırladaq ki, R.Koçaryan bu ilin iyulunda 2008-ci il hadisələri ilə əlaqədar həbs olunub, lakin sonra Apellyasiya məhkəməsinin qərarı ilə azad edilib.

Kassasiya məhkəməsi prokurorluğun şikayətini təmin edərək Apellyasiya məhkəməsinə işə yenidən baxmağı tövsiyə edib.

P.Sultanova

 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər