İrəvanda etiraz aksiyası keçirilir | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda etiraz aksiyası keçirilir

13:53 - 29 / 11 / 2018
İrəvanda etiraz aksiyası keçirilir

İrəvanda “Art Sveet" şirkətinin 200 əməkdaşı əmək haqqı borclarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar şirkətin ofisinin qarşısına yığışaraq tələblərini səsləndiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, bir neçə aydır (3 aydan 5 ayadək) əmək haqlarını almayıblar. Onlardan bir çoxu banklara kredit ödəmək  məcburiyyətindədir. Lakin hər dəfə tezliklə əmək haqlarını alacağlarına dair yalan vədlər verilir.

P.Sultanova

 

Paylaş:
494

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər