“Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

15:35 - 29 / 11 / 2018
“Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində sosial aksiyalarını davam etdirir.

Mobil operatorun növbəti layihəsi fiziki məhdudiyyətli insanlara dəstəkdir. Belə ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədilə “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Kitab eşitmə və nitq məhdudiyyətli şəxslər, onların valideynləri və ailə üzvləri, gənclər, tələbələr və ümumiyyətlə, bu qrup insanlarla ünsiyyət qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edəcək. Məlumat xarakterli vəsait sayəsində ailəsində bu cür fiziki məhdudiyyəti olan insanlar daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdıracaq məlumat xarakterli kitaba böyük ehtiyac vardı: “Bizm İctimai Birliyə bu kitab üçün çoxsaylı müraciətlər daxil olurdu. İnanıram ki, birgə əməkdaşlığımız sayəsində yeni üzlükdə çap edilən "Səssiz Dünyaya Körpü" kitabımızdan çoxlu sayda insan yararlanacaq və bu vəsait vasitəsilə eşitmə və nitq məhdudiyyətli insanların "səssiz dünya"larına səs salmış olacaqlar. Bizə bu işdə göstədikləri böyük dəstək üçün “Nar”-a təşəkkür edirik”.  

“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Nar”-ın dəstəyi ilə çap edilən bu kitabın eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların ailələri üçün yararlı olacağına inandığını bildirib: “Mobil Operator olaraq ünsiyyətin insanlar üçün çox önəmli olduğunu anlayırıq. Bizim təqdim etdiyimiz xidmətlər sayəsində insanlar məsafədən və məkandan asılı olmayaraq öz yaxınları və tanışları ilə ünsiyyətdə ola bilirlər. Əminəm ki, nəşr etdirdiyimiz “Səssiz dünyaya körpü” adlı kitab eşitmə və nitq məhdudiyyəti olan həmvətənlərimiz üçün yararlı vəsait olacaq və onlara daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq”.

Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. “Nar” fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi üçün bölgələrdə “Təlim məktəbi” təşkil edib, eyni zamanda fiziki məhdudiyyətli insanların işlə təmin olunması üçün müxtəlif karyera sərgilərində iştirak edib. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində hazırda fiziki məhdudiyyətli şəxslər çalışır.

“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.    

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

 

Paylaş:
601

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər