Erməni spiker deputatın həbsi vəsatəti barədə
Ermənistan parlamentinin sədri Ara Babloyan baş prokuror Artur Davtyanın millət vəkili Aram Harutyunyana qarşı cinayət işinin açılması və onun həbsinə dair vəsatəti ilə bağlı açıqlama yayıb.
1news.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Babloyan deyib: “Baş prokuror Davtyan konstitusya ə parlament əsasnaməsini nəzərə nəzərə alaraq, Aram Harutyunyan barəsində cinayət işinin açılması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə razılıq verilməsinə dair müraciət ünvanlayıb”.
Məlumata görə, Harutyunyan 2008-ci ildə təbiətin müdafiəsi naziri vəzifəsində, eyni zamanda mineral ehtiyatların kəşfiyyatı və istifadəsi üzrə lisenziyalaşdırma üzrə komissiyanın sədri olarkən 14 milyon dollar məbləğində rüşvət alıb.
O, bu məbləği Syunik, Qeqarkunik, Lori və Kotayk bölgələrindəki rəngli metalların tədqiqi və fəaliyyət göstərmək üçün lisenziya təqdim edilməsi zamanı alıb.
Harutyunyan xarici ölkələrin banklarında hesablar açdırıb, daşınmaz əmlak alıb.
Bu cinayət işində iki nəfər mühakimə olunub, daha iki nəfər barəsində isə axtarış elan edilib.
P.Sultanova