Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB

15:28 - 04 / 12 / 2018
Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB

Ermənistanda əlaqənin itdiyi "Su-25" hərbi təyyarəsinin ekipajı həlak olub.

1news.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib.

Gümrü şəhər aeroportundan havaya qalxan təyyarə ilə əlaqə itib, daha sonra onun Şirak vilayətinin Maralik rayonunda qəzaya uğradığı bəlli olub. 

Hadisə nəticəsində polkovnik-leytnant  Armen Babayan və mayor Movses Manukyan həlak olublar.

Qəzanın səbəbləri araşdırılır.

13:31

Ermənistan silahlı qüvvələrinin Su-25 döyüş təyyarəsi ilə əlaqə itib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Bu gün saat 10:20 radələrində gündəlik döyüş təlim planına əsasən təlim uçuşu həyata keçirən silahlı qüvvələrə məxsus ilə Su-25 hərbi təyyarəsi ilə əlaqə itib.

Təyyarə 10:06-da Gümrü hava limanından uçub”.

P.Sultanova

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər