Arpine Hovhannisyan: Polis seçkiqabağı təzyiq vasitəsinə çevrilib | 1news.az | Xəbərlər
Ermənistan

Arpine Hovhannisyan: Polis seçkiqabağı təzyiq vasitəsinə çevrilib

10:36 - 04 / 12 / 2018
Arpine Hovhannisyan: Polis seçkiqabağı təzyiq vasitəsinə çevrilib

Nəhayət, polisin mənim ünvanıma səslənən təhdidlərlə bağlı cinayət işinə niyə başlamadığını anladım.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  bunu Ermənistan parlamentin vitse-spikeri, Respublika Partiyasından deputatlığa namizəd Arpine  Hovhannisyan deyib.

"Onlar daha yüksək səviyyədə təhdidlə məşğuldurlar. Biz RP-nın konkret seçki məntəqələrində 10-dan çox səs alacağı təqdirdə, problemlərinin olacağına dair qərərgah nümayəndələrindən məlumatlar alırıq. Bəziləri səsvermə günündən əvvəl müvəqqəti olaraq ölkəni tərk etmək məcburiyyətində qalırlar. Yeri gəlmişkən, son bəyanatı sübut etmək asandır", erməni vitse-spiker deyib.

O, polisi bu qanunsuzluğu dayandırmağa çağırıb:

"Polisi bu qanunsuzluğu dayandırmağa çağırıram və məndən cinayətkarlığa qarşı mübarizədə ad verməyimi gözləməyin, çünki siz onları məndən daha yaxşı tanıyırsınız. Bundan əlavə, ad verməklə, həmin insanlar tərəfindən daha çox problemlərlə qarşılaşa bilərəm”.

Qeyd edək ki, Ermənistanın "Jamanak" qəzeti yazır ki, Arpine Hovannisyan normal və ifadəli ingilis dili olan RP-nın nadir nümayəndələrindən biridir. Onu həmçinin, Ermənistanda ən seksual siyasətçi hesab edirlər.

P.Sultanova

 

Paylaş:
1009

Son xəbərlər

Bütün xəbərlər