Biznesmenlərin bir çamadan pulu oğurlandı
Moskvanın cənub-şərqində iş adamlarının böyük miqdarda pulun olduğu çamadan oğurlanıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, biznesmenlərin olduğu maşının qarşısını “Mercedes”lə kəsən bir neçə nəfər onları tapançaya bənzər əşyalarla təhdid etməyə başlayıblar.
Onlar havaya atəş açıblar, avtomobilin şüşələrini çəkiclə sındıraraq pul dolu çamadanı götürərək aradan çıxıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, çamadanda 40 milyon rubla yaxın vəsait olub.
Zərərçəkmiş iş adamları Başqırdıstandandırlar və pullar onların şəxsi vəsaiti olub.
1news.az
562