Putindən Paşinyana: Rus dilini ikinci dil kimi qəbul edin...
Soçidə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin sammiti çərçivəsində Paşinyan-Putin görüşündə Paşinyan Rusiyada erməni sürücülərinə avtomobilləri idarə etmələrinə icazə verilməsi məsələsini səsləndirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Putin Paşinyana birbaşa cavab verib: “Rus dilini ikinci dil olaraq qəbul edin və heç bir problem olmayacaq”.
Görüşdə iştirak edən Paşinyanın xarici məsələlər üzrə sabiq müşaviri Arsen Xaratyan dərhal belə cavab verib: "Məsələ bu şəkildə qoyula bilməz, bizim üçün bu, həmişəlik qapanb”.
Rusiya mənbələrinə görə, Putin komandası ilə tək qaldıqda Arsen Xaratyan haqqında bunları deyib: "Bu, onların arasında normal bir adamdır".
Xaratyan vaxtilə “Hayastan” ümumerməni Fondunun aparıcı şəxslərindən biri olub. Məlumata görə, o, KTMT baş katibi Yuri Xaçaturovun "işi" ilə bağlı Rusiyanın çağırışına görə vəzifəsindən istefa verib.
P.Sultanova