Şahnazaryan Paşinyanı tənqid etdi, Milli Təhlükəsizlik xidmətinə çağırıldı
Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə dekabrın 5-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən verilmiş açıqlamada deyilir.
"27 noyabrda Şahnazaryan keçirdiyi mətbuat konfransında “Vətəndaş razılaşması” partiyasının üzvü Sasun Mikayelyanın bu ilin yazında Ermənistanda yaşanan hadisələrin Qarabağ müharibəsindəki qələbədən daha çox əhəmiyyətli olması barədə bəyanatına münasibət bildirib.
O deyib ki, Mikaelyanın söylədikləri həqiqətdir və bu, Nikol Paşinyanın həyata keçirdiyi bir siyasi proqramdır. Söz verirəm ki, bunu hamınız görəcəksiniz. Sasun Mikayelyan sadəcə mövcud dövlət siyasətinin nə olduğunu ifadə edib”.
O, həmçinin hazırkı hökuməti dövlət çevrilişində günahlandırıb.
Şahnazaryan bu ittihamları 4 dekabr tarixindəki mətbuat konfransında da təkrarlayıb.
Onun bəyanatlarında dövlət çevrilişinə çağırışa əsaslanan cinayətin elementləri olduğu və buna görə də cinayət işinin başlanması üçün kifayət qədər qanuni əsasların toplanmasına başlanılıb.
Xatırladaq ki, David Şahnazaryan Levon Ter-Petrosyan prezidentliyi dövründə xüsusi xidmət orqanıın rəhbəri vəzifəsində çalışıb.
P.Sultanova