Ermənistanda seçkilərdən sonra dövlət qurumlarında böyük ixtisarlar olacaq | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda seçkilərdən sonra dövlət qurumlarında böyük ixtisarlar olacaq

11:12 - 06 / 12 / 2018
Ermənistanda seçkilərdən sonra dövlət qurumlarında böyük ixtisarlar olacaq

Ermənistanda dövlət idarəçiliyində çalışan çox sayda məmur parlament seçkilərindən sonra işdən çıxarılacaqlarına dair xəbərdarlıqlar alıblar.

1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

“Xarici İşlər Nazirliyinin, diaspora, mədəniyyət, idman və gənclər nazirliklərinin onlarla, hətta yüzlərlə işçisinə, həmçinin dövlət qeyri-kommersiya təşkilatı və onun strukturlarına bildiriblər ki, yeni ilədək onlar işsiz qalacaqlar və özlərinə yeni bir iş axtarsınlar.

Yeni hökumət taksi sürücülərini ergilərdən azad etdiyinə görə, bu adamların böyük hissəsinin taksi sürücülərinin sırasına qatılacaqlarını demək mümkündür", - qəzet yazır.

P.Sultanova

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər