İrəvanda Koçaryana dəstək aksiyası keçirilib - FOTO

Ermənistanın Respublika meydanında ikinci prezidenti Robert Koçaryana dəstək aksiyası keçirilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Koçaryanın tərəfdarları onun azad edilməsi tələbi ilə Baş Prokurorluğa doğru yürüş ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl apellyasiya məhkəməsi Koçaryanın həbsi barədə qərarı yenidən qüvədə saxlayıb. O, 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham edilir.
P.Sultanova
553