Azərbaycan Beynəlxalq Bankı “Qayğıkeş” layihəsini təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “Qayğıkeş” layihəsini təqdim edir

11:40 - 19 / 12 / 2018
Azərbaycan Beynəlxalq Bankı “Qayğıkeş” layihəsini təqdim edir

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində daha bir mühüm addım atıb.

Belə ki, artıq bankın bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də bankın başqa debet və kredit kartlarının sahibləri (American Express və Union Pay kartları istisna olmaqla) bankla tərəfdaş olan ticarət və xidmət məkanlarında alış-veriş edən zaman ödədikləri vəsaitlərin bir hissəsini dərhal kart hesablarına geri alacaqlar. Bunun üçün həmin məkanlarda alış–veriş zamanı ödənişi bankın kartları ilə Azərbaycan Beynəlxalq Bankına məxsus POS terminallarla aparmaq kifayətdir.

POS terminalla ödəniş həyata keçirilən kimi müvafiq vəsait kart hesabına geri qayıdır. Beləliklə, bankın öz müştərilərinin qayğısına qalaraq tətbiqinə başladığı “Qayğıkeş” (QayğıCash) layihəsi xərcləri gəlirə çevirir. Bu layihədən faydalanan müştərilər tərəfdaş məkandan asılı olaraq xərclədikləri vəsaitin 10%-ə qədər hissəsini geri ala bilərlər.  

“Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar.

Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı “SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Bankın bu layihə çərçivəsində  tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/

Sözügedən tərəfdaşların sayı durmadan artacaq və siyahı davamlı qaydada yenilənəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
492

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər