Bloomberg: Türkiyə Moskvadan S-400 aldıqdan sonra ABŞ-a göndərəcək
Türkiyə Rusiyadan S-400 zenit raket kompleksini (ZRK) aldıqdan sonra öyrənilməsi üçün ABŞ mütəxxəsislərinə veriləcəyilə bağlı məlumatlar yayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bloomberg məlumat yayıb.
Ankaranın ehtimalına görə, bu, Türkiyə hökumətinin Moskvadan silah aldıqdan sonra zərərə nəzarət etməsi üçündür.
Bu ideyanı Türkiyə son həftələrdə irəli sürüb. Bloomberg-in qeyd etdiyinə görə, bu vəziyyət Amerikanın Ankaraya qarşı sanksiya tətbiq etməsi fonunda inkişaf edir.
ABŞ-ın Dövlət Departamenti 3,5 milyard dollar həcmində hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini (istehsalçı Raytheon Co-un və Lockheed Martin Corp. – Amerika hərbi-sənaye şirkətləridir) Ankaraya satmaq təklifi ilə bağlı yaxın günlərdə Konqressi xəbərdar edib. Amerikanın xarici siyasət idarələrinin ehtimalına görə, Patriot kompleksləri Türk ordusunun müdafiə imkanlarını, həmçinin NATO ilə müttəfiqlərini artıra bilər.
Kremldə isə məsələyə münasibət bildirilərək qeyd edilib ki, Amerikanın Patriot komplekslərinin Türkiyəyə təchizatı S-400-lə bağlı müqaviləyə təsir göstərməyəcək. Moskva ilə Ankara arasında müqavilə ötən ilin dekabrında imzalanıb. Vaşinqtonda müqaviləyə qarşı çıxış edilib. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, bu sövdələşmə “həll edilmiş iş” olduğu üçün dəyişdirilə bilməz. Ehtimal edilir ki, Ankara Moskvada dörd divizyon S-400 ZRK-ni 2,5 milyad dollara alacaq.
Tərcümə: S.Xankişiyeva