İrəvanda atışma: yaralı var | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda atışma: yaralı var

11:21 - 24 / 12 / 2018
İrəvanda atışma: yaralı var

İrəvanın Avan rayonunda atışma olub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə dekabrın 23-də gecə saatlarında baş verib.

Polisə şəhərdəki xəstəxanalardan birinə silahla ağır yaralanmış şəxsin daxil olduğu bildirilib. Araşdırma nəticəsində hadisə yerindən 20 giliz tapılıb. Yaşayış mənzilinin qapılarında, pəncərələrində və tavanında da atəş izləri aşkarlayıb.

Hadisə bir ailədə baş verib. Belə ki, nəvə ov tüfəngi ilə atəş açmağa başlayıb, qonşu onu sakitləşdirmək istəyəndə isə silahla vurulub. Polis vaxtında gəlməsəydi, o, atəş açmaqda davam edəcəkdi.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

P.Sultanova

 

Paylaş:
614

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər