Makronun çıxışı zamanı əsgər yerə yıxıldı – VİDEO
Fransa prezidenti Emmanuel Makron Çadın paytaxtı N'Dcamenada xidmət edən fransalı əsgərlərə xitab etdiyi sırada qəribə hadisə baş verib.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, prezidentin çıxışından sonra Fransanın milli marşı səsləndirilib və o əsnada Makronun yanında dayanan bir əsgər huşunu itirib.
Makron öncə təəccüblənib. Daha sonra onun yanında gözləyərək durumu müşahidə edib. Huşunu itirən əsgərə digər əsgərlər kömək edib.
Hadisə çıxışı və milli marşı canlı yayımla verən Makronun şəxsi Tvitter hesabından saniyə-saniyə görüntülənib.
1news.az
567