Gürcüstan çadranı qadağan edir | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan çadranı qadağan edir

12:29 - 26 / 12 / 2018
Gürcüstan çadranı qadağan edir

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində ictimai yerlərdə çadra, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, sənədin müəllifi olan Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.

E.Kvitisiani qanun layihəsindən çadra sözünün çıxarıldığını deyib. O, bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu qeyd edib.

Deputat Anri Oxanaşvili qanun layihəsinin daha geniş formatda müzakirə olunmasının tərəfdarı olduğunu deyib: “Biz multietnik cəmiyyətdə yaşayırıq və bir-birimizin hüquqlarına hörmətlə yanaşırıq. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmalıyıq”.

Parlament üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, təklif olunan qanun layihəsi insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdırır.

Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirdiyini deyib: “Niqab və burkaya gəlincə, deyə bilmərik ki, İslamda qadınların bu geyimlərdə olması qəti şərtdir. Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtülməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur”.

GMİ sədri əlavə edib ki, niqab və burkanın qadağan olunması ilə bağlı qanun qəbul olunarkən onun insan haqları, din və inanc azadlığına qarşı olmamasına diqqət yetirilməlidir.

İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sofio Kiladze qanun layihəsinin işçi qrup formatında müzakirə olunmasını təklif edib.

Sənədin növbəti müzakirəsi yanvarın 21-nə təyin olunub.

Qeyd edək ki, qanun layihəsinə əsasən, meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
789

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər