Putin-Paşinyan görüşündən böyük gözləntilər yoxdur - NƏŞR | 1news.az | Xəbərlər
Ermənistan

Putin-Paşinyan görüşündən böyük gözləntilər yoxdur - NƏŞR

11:02 - 27 / 12 / 2018
Putin-Paşinyan görüşündən böyük gözləntilər yoxdur - NƏŞR

Ermənistan və Rusiya rəhbərlərinin bu günə planlaşdırılan görüşündən böyük nəticələr gözləməyinə dəyməz.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Qeyd edilib ki, bu gün keçiriləcək Paşinyan-Putin görüşünə ümidlər çoxdur. Lakin Putin və Lukaşenkonun 4 saatlıq danışıqlarının heç bir razılaşma ilə yekunlaşmadığını nəzərə alsaq, bu görüşdən çox şey gözləməyinə dəyməz.

"Görüş normal şəkildə keçəcək. Paşinyan 2008-ci ildə Serj Sarkisyan etdiyi kimi (Gürcüstanın o zamankı prezidenti Saakaşvilini avqustdakı qısa müddətli müharibədən sonra ölkəsinin "Şərəf" ordeni ilə təltif edib), ya da  Koçaryan kimi (“Mehri variantı” nəzərdə tutulur)  Rusiyaya narahatlıq verə biləcək nəsə etməyib”, - deyə Ermənistan XİN-dəki mənbə bildirib.

Amma nəşr yazıb ki, Lavrovun və Karasinin ifadələri bunun əksini deyir. Moskvada hələ də Ermənistanın xarici siyasətindəki mümkün dəyişikliklər barədə narahatlıq var.

P.Sultanova

Paylaş:
1143

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər