Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib

14:27 - 03 / 01 / 2019
Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib.

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

S.Xankişiyeva

 

 

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər