Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

10:04 - 03 / 01 / 2019
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

1news.az-ın məlumatına görə, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, ötən il dekabrın 31-də Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. 

Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər