Erməni sosioloq: Paşinyan hakimiyyətlərinin real reytinqi yüksək deyil
Ermənistanın yeni hakimiyyətlərinin real reytinqi göründüyü qədər yüksək deyil.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Sosiometrik” sosial araşdırmalar mərkəzinin direktoru Aqaron Adibekyan deyib.
Sosioloqun fikrincə, vətəndaşların təxminən 50% -i hakimiyyətin hərəkətlərini müsbət qiymətləndirir.
Adibekyan vurğulayıb ki, ali təhsili, müəyyən təcrübəsi olan insanlar anlayırlar ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın və onun komandasının bəyanatlarının çoxu seçkiqabağı vəd idi və onların praktikada həyata keçirilməsi çox çətin bir prosesdir.
"Çoxları biznesini inkişaf etdirmir, çünki onlar sabah nə olacağını bilmirlər", deyə sosioloq əlavə edib.
Onun sözlərinə görə, vətəndaşların bu kateqoriyadan olanları hakimiyyətin siyasətinə daha təmkinli qiymət verir və hadisələrin gələcək inkişafını müşahidə etməyi üstün hesab edir.
P.Sultanova