"Parlaq Ermənistan": Qaz tariflərinin artması insanları küçələrə çıxaracaq | 1news.az | Xəbərlər
Ermənistan

"Parlaq Ermənistan": Qaz tariflərinin artması insanları küçələrə çıxaracaq

09:49 - 09 / 01 / 2019
"Parlaq Ermənistan": Qaz tariflərinin artması insanları küçələrə çıxaracaq

Ermənistanda qaz tarifinin artması sözsüz ki, vətəndaşlara zərbə vuracaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu  “Parlaq Ermənistan” partiyasının üzvü Qevorq Qorqisyan deyib.

Onun fikrincə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qaz tarifinin artmasının Ermənistan vətəndaşlarının hiss etməyəcəyini söyləməsi doğru deyil, çünki əgər hökumət vətəndaşların əlavə xərclərini subsidiya etməyi qərara alsa, bu, dövlət büdcəsi hesabına həyata keçirilməlidir:

“Dövlət büdcəsində vətəndaşlar tərəfindən ödənilən vergilərdən başqa heç bir vasait yoxdur. Yəni, vətəndaşların  vergi şəklində dövlət büdcəsinə ödədikləri vəsait hansısa konkret məqsədlərin həyata keçirilməsinə xidmət etməlidir, ancaq hökumət buna getməyəcək, qaz xərclərini subsidiya edəcək ki, vətəndaşlar da tariflərin artmasını hiss edəcəklər”.

Qorqisyan burda başqa bir problemin olduğunu düşünür. Onun sözlərinə görə, hökumət mövcud qaz tariflərinin nə dərəcədə uyğun olduğunu nə qədər azaldılacağını araşdırmaldır:

“Mən əminəm ki, Ermənistanda qaz qiymətlərini hətta azaltmaq olar, vaxtında parlamentdə bu mövzuda müzakirələr aparılıb və nəticədə məsələnin nəzərdən keçirəcək xüsusi komissiya yaradıldı”.

O, istənilən halda  belə subsidiyalara qarşı olduğunu deyib, əlavə edib ki, bu, yalnız vətəndaşların rəyinə təsir etmək üçün bir "populizm vasitəsi"dir.

Qorqisyan mövcud qaz tariflərini absurd adlandırıb və tariflərin artmasının ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətə daha mənfi təsir göstərəcəyini vurğulayıb:

“Bu, qiymətlərə təsir edəcək və iqtisadiyyata zərbə vuracaq. Bundan əlavə, hökumət  vəziyyəti izləməli və əvvəl olduğu kimi məhsulların qiymətləri ilə spekulyasiyaya yol verməməlidir".

Qorqisyan, həmçinin əhali arasında etiraz əhavl-ruhiyyəsinin artmasını və bunun  əvvəllər olduğu kimi, etiraz aksiyalarının keçirilməsi şəklində özünü göstərə biləcəyini də istisna etməyib.

P.Sultanova

 

Paylaş:
662

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər