Dünyanın ən varlı adamı boşanır - Şok qərar - FOTO
"Amazon" korporasiyasının banisi və sahibi, dünyanın ən varlı adamı Ceff Bezons arvadından boşanmaq qərarını açıqlayıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bu barədə o, Twitter-dəki akkauntunda məlumat yayıb.
"Boşanmaya rəğmən, mən və arvadım yaxın dost olaraq qalacağıq. Bir-birimizi tapdığımıza görə hədsiz dərəcədə bəxtmiz gətirib. Nikahda keçirdiyimiz hər ilə görə minnətdarıq", - iş adamı yazıb.
54 yaşlı Ceff və 48 yaşlı Makkenzi Bezoslar 25 il əvvəl evləniblər. Onların 3 oğlu və bir qızı var.
Yazıçı M.Bezosun "The Testing of Luther Albright" romanı 2006-cı ildə "American Book Award" mükafatına layiq görülmüşdü.
Bu ilin yanvarında "Amazon" korporasiyası dünyanın ən dəyərli şirkətlərinin reytinqinə başçılıq edib.
"Amazon"un banisi və sahibi Ceff Bezosun 128,1 milyard dollarlıq varidatı var.
San-Fransisko şəhərində doğulmuş Makkenzi Bezos Prinston Universitetində təhsil alıb. O, Cefflə Nyu-Yorkda, hec-fonda işə düzəlmək üçün müraciət edəndə tanış olub.
Ceff Bezosun dediyinə görə, biznes-imperiyasını yaradanda arvadı ona misilsiz yardımlar edib. "Amazon" kitab satışı üzrə internet-dükan kimi fəaliyyət göstərəndə Makkenzi şirkətin mühasibatı ilə məşğul olurdu.
Boşanmanın səbəbi də bəlli olub. Sən demə, Ceff Bezos arvadına xəyanət edib. "Amazon"un sahibi artıq 8 aydır ki, 49 yaşlı teleaparıcı Loren Sançeslə görüşür.
ABŞ-ın Fox 11 telekanalındakı "Good Day LA" proqramının sabiq aparıcısı Loren Sançes tanınmış prodüser Patrik Ukaytsellə nikahdadır.
Ceff Bezos 65 milyon dollar dəyərində özəl təyyarəsi ilə məşuqəsini məşhur kurortlara yollayıb, Sançesə açıq-saçıq mesajlar yazıb, çılpaq fotolarını yollayıb.
Bundan başqa, Ceff Bezosun arvadından ayrılması ilə bağlı qərarı National İnquirer jurnalının apardığı araşdırma ilə bağlıdır. Jurnalın reportyor qrupu 4 ay sərasər Ceff Bezosu gizlincə təqib edib və 5 ştatda Bezosun arvadına müxtəlif vaxtlarda xəyanət edərək Lorens Sançeslə görüşməsi barədə danılmaz faktlar əldə edib.
Məsələn, iki həftə ərzində Bezosla Sançes 6 dəfə müxtətlif otellərdə görüşərək gecələyiblər.
Bu materialların National İnquirer-də dərc olunması Bezos üçün ağır zərbə olardı. Çünki jurnal ABŞ prezidenti Donald Trampın sabiq müttəfiqi Devil Pekerə məxsusdur. Tramp və Pker isə Ceff Bezosa məxsus Washington Post qəzetinə nifrət edirlər.
Ceff və Makkenzi Bezosların boşanmaların maliyyə təfərrüatları hələlik açıqlanmayıb.
1news.az