Sarkisyanın partiyasından istefalar davam edir
Ermənistan parlamentinin 6-cı çağırış deputatları Samvel Farmanyan və Miqran Akobyan Respublika Partiyasından çıxmaqla bağlı ərizə təqdim ediblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Miqran Akobyan təsdiqləyib.
Daha əvvəl məlum olub ki, Ermənistan parlamentinin hələ ki, fəaliyyədə olan deputatları - Arman Saqatelyan, Karen Bekaryan, Miqran Akobyan, Samvel Farmanyan “Media kvarteti” kompaniyası yaradaraq bir sıra iri KİV-ləri, o cümlədən “ArmNews”, “Radio 107 FM”, "Tert.am", "Love Radio" və digər mediaları alıblar.
Birgə bəyanatda onlar vurğulayıblar ki, potensial təhdidləri görürlər və “Yeni Ermənistan” adına mümkün olan hər şeyi etməyə hazırdırlar.
Ermənistanın Respublika Partiyası 2018-ci ildə hakim partiya statusunu itirdi, 9 dekabrda keçirilən erkən parlament seçkilərində onlar 5% baryeri aşa bilməyiblər.
P.Sultanova