Mirzoyan Ermənistan parlamentinin spikeri seçilib
Ararat Mirzoyan Ermənistan parlamentinin spikeri seçilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onun namizədliyinin lehinə 131 deputat səs verib. Bir bülleten etibarsız sayılıb.
Mirzoyan Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş razılaşması” partiyasının təsisçilərindən biridir. 2017-ci ilin aprelində "Elk" (Çıxış) blokundan deputat seçilib. 2018-ci ilin aprel-may aylarında Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyalarında fəal iştirak edib.
Hakimiyyət dəyişikliyindən sonra baş nazirin birinci müavini təyin edilib. 2018-ci ilin dekabr ayında keçirilən parlament seçkilərində Paşinyanın "Mənim adımım" blokunun siyahısında ikinci yerdə olub.
P.Sultanova
566