Paşinyanın yeni nazirləri - SİYAHI | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın yeni nazirləri - SİYAHI

09:50 - 21 / 01 / 2019
Paşinyanın yeni nazirləri - SİYAHI

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Pashinyanın təklifi ilə hökumətin 12 nazirini təyin edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, təyinatlar kabinet strukturunun islahatı ilə bağlı məsələyə tam aydınlıq gətirilməmiş həyata keçirilib.

Belə ki, ictimaiyyətin tənqidinə səbəb olmuş həmin qanun layihəsini parlament hətta müzakirə etməyib.

Yeni təyin edilmiş 12  nazirdən 11-i əvvəlki hökumətin tərkibində olub.

Beləliklə, Ermənistan Nazirlər Kabinetinin tərkibi belədir:

Zöhrab Mnatsakanyan - xarici işlər naziri,

Erik Qriqoryan - ekologiya naziri,

Feliks Tsolakyan - fövqəladə hallar naziri,

Akob Arşakyan - nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları naziri

Tiqran Xaçatryan - iqtisadi inkişaf və investisiyalar naziri

Atom Cancuqazyan - maliyyə naziri,

Arsen Torosyan - səhiyyə naziri,

Artak Zeynalyan - ədliyyə naziri,

Zarui Batoyan - əmək və sosial işlər naziri

David Tonoyan - müdafiə naziri,

Suren Papikyan - region idarəetmə və inkişaf naziri

Araik Arutyunyan - təhsil və elm naziri.

Paşinyanın ləğv etmək  və yaxud dugər qurumlara birləşdirmək istədiyi beş nazirliyin isə rəhbəri təyin edilməyib.

Bunlar Kənd Təsərrüfatı Nazirliyi, Enerji  infrastrukturu və təbii sərvətlər nazirliyi, Mədəniyyət Nazirliyi, İdman və Gənclik Nazirliyi, Diaspor Nazirliyidir.

P.Sultanova

 

 

Paylaş:
660

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər