Çubaysdan Zaxarovaya: Bizim zamanda ciddi söhbətləri küçə arqumentləri ilə əvəzləmək qəbul olunmurdu | 1news.az | Xəbərlər
Dünya

Çubaysdan Zaxarovaya: Bizim zamanda ciddi söhbətləri küçə arqumentləri ilə əvəzləmək qəbul olunmurdu

12:44 - 21 / 01 / 2019
Çubaysdan Zaxarovaya: Bizim zamanda ciddi söhbətləri küçə arqumentləri ilə əvəzləmək qəbul olunmurdu

Rusiya baş nazirinin sabiq müavini, hazırda "Rosnano" şirkətinin rəhbəri  Anatoli Çubays Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın enerji istehlakı normaları və digər səhv addımları ilə bağlı  ittihamlarına cavab verib.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki,  Çubays səhvlərin olduğunu inkar etməyib, lakin komandasının sayəsində iqtisadiyyatda ümumi vəziyyətin yaxşılaşdığını bildirib.

O əlavə edib ki, o, 20 ildir məmur vəzifəsini tutmur, Zaxarova isə dövlət qulluqçusudur:

“Zaxarova 90-cı illərdə hansı vəziyyətin olduğunu xatırlamır: "taxta rubl" qeyri-konvertasiya olundu, sahibkarlıq fəaliyyəti cinayət hesab edilirdi.

Bazar iqtisadiyyatı yaradıldıqdan, konstitusiya təsdiqləndikdən sonra ölkədə vəziyyət yaxşılaşmağa başladı. Rusiyanın vətəndaş müharibəsi ərəfəsində olmasına baxmayaraq”.

Çubays deyib ki, onun zamanında "populist ritorikaya girmək və ciddi söhbətləri küçə arqumentləri ilə əvəz etmək" qəbul olunmurdu. 

Zaxarovanın çeklərlə bağlı dediklərinə gəlincə, Çubays deyib ki, qoy bu barədə valideynlərindən soruşsun.

Çubays özü bu çeki uğursuz istifadə edib və bunun səhvlərindən biri olduğunu etiraf edib.

Qeyd edək ki, Zaxarova açıqlamasında islahatçının ruslarının vəziyyətinə görə məsuliyyət daşıdığını bəyan edib. Xatırladaq ki, Çubays Rusiyada özəlləşdirməyə məsul şəxs olub.

P.Sultanova

Paylaş:
617

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər