Kerç boğazında iki gəmi yanıb: 16 türk həyatını itirib | 1news.az | Xəbərlər
Dünya

Kerç boğazında iki gəmi yanıb: 16 türk həyatını itirib

09:55 - 22 / 01 / 2019
Kerç boğazında iki gəmi yanıb: 16 türk həyatını itirib

“Kerç boğazında iki gəmi yanıb. Onlardan birində partlayış və yanğın olub və bu, digərinə də keçib.

İlkin məlumatlara görə, hər iki komandada ümumilikdə 31 nəfər olub ki, onlardan da 16-sı türkdür. Gəmilər Tanzaniya bayrağı altında üzüb. Lakin, ola bilsin ki, sahibi Türkiyə vətəndaşıdır”, – bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

Çelik həmçinin jurnalistlərə bildirib ki, hökumət Türkiyənin Rusiyadakı Səfirliyi və yerli hakimiyyət orqanları ilə sıx əlaqədədir.

Gazeta.ru

S.Xankişiyeva

 

 

Paylaş:
655

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər