Paşinyan: Hökumət yerli istehlakçılar üçün qazın qiymətini subsidiya etməyəcək
Ermənistan hökuməti yerli istehlakçılar üçün təbii qazın qiymətini subsidiya etməyəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
O bildirib ki, indi söhbət 2019-cu ildə istehlakçılara qazın qiymətinin artırılmayacağından gedir:
“Bizim Rusiyadan olan tərəfdaşlar, “Qazprom” və Avrasiya İqtisadi İttifaqı ilə uzunmüddətli perspektivdə bu məsələnin həlli üçün məsləhətləşmələr aparmağa bir il vaxtımız var”.
Onun sözlərinə görə, məsələni Aİİ çərçivəsində həll etmək daha düzgündür, çünki söhbət ümumi iqtisadi sahədən gedir.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan hökuməti mövcud qazın qiymətini subsidiya etməyəcək və heç bir səhm geri qaytarılmayacaq. Onun sözlərinə görə, 2019-cu ildə daha ətraflı müzakirə üçün vaxt olacaq.
Qeyd edək ki, "Qazprom" Ermənistana satdığı qazın hər min kubmetri üçün qiymətini 150 dollardan 165 dollara qaldırıb.
P.S