Deputatlar Mnatsakanyanı parlamentə çağırdı - Qarabağ müzakirə edildi
“Parlaq Ermənistan” fraksiyasının deputatları xarici işlər naziri Zöhrab Mnatsakanyanı Qarabağ münaqişəsi ətrafında vəziyyətin inkişafını müzakirə etmək üçün parlamentə dəvət ediblər.
1news.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə fraksiya rəhbəri Edmond Marukyan bildirib.
"Bu gün biz xarici işlər naziri Zöhrab Mnatsakanyanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər xarici siyasət prioritetləri barədə fikir mübadiləsi aparmaq üçün parlamentə dəvət etdik. Bəzi təəssüratlarımızı və məlumatları biz görüşdən sonra bölüşəcəyik”, - deyə Marukyan yazıb.
P.Sultanova
685