Koçaryanın oğluna ittiham elan edilib | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın oğluna ittiham elan edilib

16:20 - 18 / 02 / 2019
Koçaryanın oğluna ittiham elan edilib

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedraka çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı ittiham elan olunub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Sedrak Koçaryan özü bildirib.

"Həbs barədə məlumat həqiqətə uyğun deyil. Amma ittiham irəli sürüldü, Milli Təhlükəsizlik Xidməti saxta iş üzrə, hansısa çirkli pulların yuyulması ilə bağlı ittiham irəli sürüb. Mən guya ki, vergilərdən yayınmışam”, sabiq prezidentin oğlu əlavə edib.

Onun sözlərinə görə, barəsində ölkəni tərk etməməsinə dair qətimkan tədbiri seçilib:

“Həbs edə bilərlər, məhz buna görə də belə məlumatlar yayıldı”.

Ötən il dekabr ayının ortalarında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Sedrak Koçaryanın “Konqres” otelinin alınması ilə bağlı sorğu-sual olunduğunu bildirib.

P.S.

 

 

Paylaş:
617

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər