Lavrov-Mnatsakanyan görüşündə Koçaryan tələbi | 1news.az | Xəbərlər
Ermənistan

Lavrov-Mnatsakanyan görüşündə Koçaryan tələbi

13:15 - 22 / 02 / 2019
Lavrov-Mnatsakanyan görüşündə Koçaryan tələbi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın  xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında 55-ci Münhen konfransı çərçivəsində baş tutan görüşünün detalları məlum olub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Lavrov  açıq şəkildə bəyan edib ki, Ermənistanda siyasi məhbusların olduğunu düşünürlər və bu, Robert Koçaryandır.

Həmçinin, bildirilib ki,  Ermənistanın müvafiq nəticələr çıxarmayacağı təqdirdə, bu barədə xüsusi bir bəyanat veriləcək.

Məlumata görə, Nikol Paşinyan bununla əlaqədar olaraq martın 1-də Rusiyaya Koçaryanın həbsinin onun şəxsi intiqamının təzahürü olmadığını, yalnız xalqın istəyini yerinə yetirildiyini göstərmək üçün böyük bir "şou" təşkil etməyə hazırlaşır.

Koçaryan 2008-ci il 1 mart hadisələrinə görə həbs edilib.

P.Sultanova

 

Paylaş:
607

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər