Gümrüdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna dəstək aksiyası keçiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

Gümrüdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna dəstək aksiyası keçiriləcək

15:52 - 22 / 02 / 2019
Gümrüdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna dəstək aksiyası keçiriləcək

Fevralın 23-də Gümrü şəhərindəki 102-ci bazanın qarşısında Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu dəstəkləmək məqsədilə aksiya keçiriləcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsindən məlumat verilib.  

Qeyd edilib ki, aksiya bir neçə ildir Qərbdən maliyyələşən ictimai qurumların və mətbuatın 102-ci hərbi bazanı, həmçinin Ermənistan-Rusiya hərbi-strateji ittifaqı ideyasını gözdən salmağı hədəf seçənlərə reaksiyadır.

Kommunist Partiyasının yerli fəallarından və Yerevandan gələnlərdən əlavə, mitinqə Gümrü ictimaiyyətinin nümayəndələri də qatılacaqlar.

P.S.

 

Paylaş:
871

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər