Ohanyan Sarkisyan əleyhinə ifadə verib, sonra isə... | 1news.az | Xəbərlər
Ermənistan

Ohanyan Sarkisyan əleyhinə ifadə verib, sonra isə...

11:04 - 26 / 02 / 2019
Ohanyan Sarkisyan əleyhinə ifadə verib, sonra isə...

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan sorgularından birində eks-prezident Serj Sarkisyanın əleyhinə ifadə verib, daha sonra onlardan imtina edib.

1news.az xəbər verir ki, bu barədə "Qraparak" nəşri yazıb.

Məlumata görə, söhbət bir neçə il əvvəl relslərin satışından gedir.

Syunik əyalətinin Meqri rayonunda relslərin satışı ilə bağlı cinayət işi başlanıb və bununla əlaqədar olaraq bu yaxınlarda Ohanyan dindirilib.

Ohanyan satışın Serj Sarkisyanın göstərişi ilə həyata keçirildiyini deyib. Ancaq keçmiş prezidentlə üzləşmə zamanı o, özünü pis hiss edib və sözlərini təsdiq edə bilməyib.

Sarkisyan, öz növbəsində deyib ki, onun tərəfindən satışa dair birbaşa göstəriş olmayıb, lakin bu barədə bilirdi. Əldə edilmiş pula isə ordu üçün silah alınıb.

P.Sultanova

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər