Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

13:15 - 20 / 03 / 2019
Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Qazaxıstan Senatının keçmiş sədri Kasım-Jomart Tokayev bu gün xalq qarşısında and içərək prezident vəzifəsinin icrasına başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, xalq qarşısında çıxışı zamanı Kasım-Jomart Tokayev paytaxt Astananı Nursultan Nazarbayevin şərəfinə adlandırmağı təklif edib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev Qazaxıstan prezidenti vəzifəsindən getdiyini açıqlayıb. Bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər