Məşhur “Gucci” firması “çirkli” ayaqqabı satır – FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur “Gucci” firması “çirkli” ayaqqabı satır – FOTO

14:33 - 22 / 03 / 2019
Məşhur “Gucci” firması “çirkli” ayaqqabı satır – FOTO

Dəb dünyası bizi təəccübləndirməkdə davam edir. İndi də “çirkli” ayaqqabılar satırlar.

Məşhur “Gucci” italyan moda evi qeyri-adi idman ayaqqabılarını satışa çıxarıb. “Cruise 2019” kolleksiyasından olan qırmızı-yaşıl ayaqqabılar köhnəlmiş və solğun görünür.

Firmanın rəsmi sayıtanda yazılıb ki, bu dizayn 1970-ci illər idman dəbini özündə əks etdirir. Ayaqqabının üç rəng variantı var. Belə “çirkli” ayaqqabını 870 dollara almaq mümkündür.

Fevralda sənaye modasında istehlakçı davranışını analiz edən “Lyst” platformasının mütəxəssisləri “Gucci”ni dünyada ən populyar brend adlandırmışdılar. Ən çox tələbat olan mallar arasında “Gucci” loqotipli kəmərlər xüsusi yer tutmuşdu.

Bizimyol.info

S.Xankişiyeva

 

Paylaş:
1558

Son xəbərlər

Bütün xəbərlər