Yaponiyada uçan motosikletlər istehsal olunacaq | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada uçan motosikletlər istehsal olunacaq

16:30 - 27 / 03 / 2019
Yaponiyada uçan motosikletlər istehsal olunacaq

Yaponiyanın “A.L.I. Technologies” şirkəti 2022-ci ildən uçan motosikletlərin satışına başlamaq niyyətindədir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hazırda şirkət həmin modelin prototipinin hazırlanması ilə məşğuldur.

Qeyd olunur ki, motosikletlər yer səthindən onlarla santimetr yüksəkdə hərəkət edə biləcək.

Həmin motosikletlərin Afrika, Yaxın Şərq ölkələrində - yol infrastrukturunun inkişaf etmədiyi bölgələrdə daha çox satılacağı gözlənilir.

Uçan motosikletlərin satış qiyməti hələlik müəyyən edilməyib.

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər