“Rolls-Royce”-un sürücüsü Bakıda piyada keçidini zəbt etdi – FOTO

Piyada keçidinin zəbt olunması ilə bağlı növbəti hadisə Bülbül prospektində, “Nizami” kinoteatrının yaxınlığında baş verib.
1news.az-ın məlumatına görə, “Rolls-Royce Wraith Black Badge” markalı avtomobilin (99-RR-002 nömrə nişanlı) sürücüsü maşınını piyada keçidinin üstündə saxlayaraq piyadaların yolunu bağlayıb.
Qeyd edək ki, “Rolls-Royce” avtomobili 12 silindirli 624 at gücündə mühərriklə təmin olunub. “Rolls-Royce Wraith Black Badge” avtomobilinin qiyməti isə komplektasiyasından asılı olaraq 414 min ABŞ dollarından (704 min manat) başlayır.
1news.az
2081