Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

11:56 - 04 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir.

***

Tövsiyə edəcəyim ilk kitab Viktor Hüqonun “Rədd edilmişlər” romanıdır.

Romandakı hadisələr sürətlə inkişaf etdiyindən, kitab asanlıqla oxunur: istəyirsən hadisələrin sonluğunu tez öyrənəsən. Lakin roman kifayət qədər drammatikdir: Hüqo orta əsr Fransa əyalətində yoxsulluğun ağır həyatını təsvir edir. Bunu o dərəcədə istedadlıqla təsvir edir ki, əsəri oxuyarkən qəhrəmanlarla birlikdə narahat olursan və öz-özlüyündə onlar bu cür ağır şəraitdə necə sağ qala bildiyini düşünürsən.

“Rədd edilmişlər” (fransızca “Les Misérables”) –  Fransız klassik Viktor Hüqonun epopeya romanıdır. Dünya ədəbi tənqidi və dünya ictimaiyyəti yazıçının yaradıcılığının ən zəngin əsəri kimi geniş tanınıyaraq XIX əsrin möhtəşəm romanlarından biri hesab edib. Əsər ilk dəfə 1862-ci ildə nəşr olunub.  

Roman bir çox dillərə tərcümə olunaraq məktəblilərin ədəbiyyat dərsliyinə də daxildir. Həmçinin teatr səhnələri ilə yanaşı, Fransa və bir çox ölkələrdə dəfələrlə ekranlaşdırılıb.

Kitabı Ali&Nino mağazasından almaq və ya buradan oxumaq olar.

İkinci kitab Fyodr Dostoyevskinin “Karamazov qardaşları”dır.

Ümumiyyətlə Dostoyevskinin yaradıcılığına böyük etiram bəsləyirəm. Lakin bu roman rus əyalətinin həyatını daha açıq şəkildə əks etdirərək rus ruhunun sirlərini anlamaqla yardımçı olur. Deyərdim ki, kitab rus insanının psixologiyasını açmaqda kömək olur. Həmçinin romanda məni cəlb edən məqam detektiv komponentlərin olmasıdır.

“Karamazov qardaşları” Dostoyevskinin son romanıdır. Yazıçı bu romanı iki il ərzində yazıb. Roman hissələrlə “Ruskiy vestnik” jurnalında dərc olunub. Dostoyevski romanı “Dahi günahkarın tarixi” romanının birinci hissəsi kimi düşünür. Əsər 1880-ci ilin noyabrında tamamlanıb. Yazıçı nəşrdən iki ay sonra vəfat edir. Romanda Allah, azadlıq və əxlaq haqqında dərin fikirlər yer alıb.

Kitabı buradan almaq və onlayn oxumaq olar.

Məsləhət görəcəyim üçüncü kitab – müasir İran ədəbiyyatının banilərindən biri Mürtəza Kazımi Müşfiqin “Qorxulu İran” əsəridir.

Kitabı hələ gənc yaşlarımda oxumuşam və əsər mənə çox təsir etdi. Əsərdə cəmiyyətin pisliyi, insanlar arasındakı münasibətlərin mürəkkəbliyi, sıravi insanlar qarşısında özünü elita adlandıranların münasibəti təsvir olunub. Romanda cəmiyyətin yoxsul təbəqəsinin ağır həyat şəraiti və varlılarla müqayisə olunub. O dövrlər hökm sürən ədalətsizlik və cəhalət əks olunub.

Mürtəza Kazıminin romanındakı hadisələr Tehranda Rza şahın hakimiyyəti dövrünü əhatə edir. İctimai mövzuya toxunan müəllifi roman vasitəsilə ölkənin geriləməsini göstərir və hökumətin xalqa qarşı fəaliyyətlərini ortaya qoyur. Romanın süjeti sadədir: Feroh adlı gənc Mein adlı qızı sevir və onunla evlənmək qərarına gəlir. Lakin Mein mülkədar və siyasətçinin qızıdır. Buna görə də sevənlərin yolunu maneələr kəsir: ata qızını varlı adamla evləndirmək istəyir.

Lakin aşiqlərin taleyi haqqında əsərin süjet xətti seçən müəllif yalnız əsərin mahiyyətini deyil, XX əsrin 20-ci illərində mövcud rejimin çılparlığını göstərmək istəyib.

Kitabı Ozon-dan almaq olar.

Dördüncü kitab – Xalid Hüseynin “Çərpələng uçuranlar” əsəridir.

Əfqan yazıçının debüt romanı məni o qədər valeh etdi ki, bütün trilogiyanı birdəfəyə oxudum. Qeyd edim ki, roman 2004-cü ildə “Exclusive Books Boeke Prize” mükafatına layiq görülüb.

Romanda Əfqanıstanda ağır həyat şəraiti təsvir olunub: müharibə, ağır şəraitdə yaşamaq mübarizəsi, yoxsulluq, ölüm...  Müəllif ixtisasca həkim olsa da, əsərdəki insanların faciəli taleyini bütün incəliyilə açıb. Əfqan həyatının ənənəvi məişəti parlaq şəkildə təsvir olunub, cəmiyyət və mədəniyyətin bütün nüansları həssaslıqla əks olunub. Roman müharibə həyatının faciəsini, xüsusilə uşaqların taleyinə təsiri təsvir olunub.

Roman olduqca maraqlı, həmçinin çox ağır və kədərlidir. Müəllifin digər əsərləri də bu qəbildəndir. Bu, müharibənin yaratdığı faciələrin xronologiyasıdır.

Kitabı Ali&Nino-dan almaq olar.

Beşinci kitab – tamamilə başqa janrda, elmidir. Stiv Consonun “Yaxşı ideyalar necə yaranır” (“Where good ideas come from”).

Kitabın müəlllifi – Stiv Jonson ABŞ-da məşhur müəllim, elm, texnologiya və insan təcrübəsinin qarşılıqlı əlaqəsi haqqında 8 kitabın müəllifidir. Son 10 ildə Conson innovasiyalar tarixini öyrənir. Onun araşdırmalarının xülasəsi kimi “Yaxşı ideyalar necə yaranır” kitabı ərsəyə gəlib.

Kitabı 5 il öncə oxusam da, zaman-zaman bir daha oxuyuram. Kitabda möhtəşəm elmi kəşflərin necə yarandığı və bunun üçün nə lazım olduğu haqqındadır. Kreativliyini artırmaq istəyən hər bir kəsə maraqlı olacaq. Bununla yanaşı, kitabda əməkdaşlarda müxtəlif ideyaların yaranması üçün  idarəedicilərə iş yerlərin düzgün təşkili ilə bağlı məsləhətlər də verilir.

Kitabı Ozon-dan almaq mümkündür.

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
6706

Son xəbərlər

Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib14 / 10 / 2024, 13:40Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB14 / 10 / 2024, 13:16Sabahın hava proqnozu14 / 10 / 2024, 12:41İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib - FOTO14 / 10 / 2024, 12:38Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”14 / 10 / 2024, 12:12
Bütün xəbərlər