Məşhur cütlük boşandı
Hollivudun məşhur cütlüyü nəhayət ki, boşandı.
1news.az xəbər verir ki, məhkəmə Bred Pitt və Ancelina Colinin "subay" statusunu bərpa etmək barədə aprelin 12-də qərar çıxarıb.
Bu qərar artıq rəsmi boşanma kimi qiymətləndirilə bilər, lakin sabiq cütlük hələ uşaqların himayəsi və mülk bölgüsü məsələlərində təmasda olacaq. Bu prosesin isə hələ bir neçə ay çəkəcəyi bildirilir.
Qeyd edək ki, bu iki məşhur 2014-cü ildə Fransada evlənib. Boşanma prosesi isə artıq 2016-cı ildən davam edir.
1news.az
633