Marukyan: Paşinyan Sarkisyanın "kostyumu"ndan imtina etməyib | 1news.az | Xəbərlər
Ermənistan

Marukyan: Paşinyan Sarkisyanın "kostyumu"ndan imtina etməyib

12:19 - 17 / 04 / 2019
Marukyan: Paşinyan Sarkisyanın "kostyumu"ndan imtina etməyib

Ermənistanın yeni hakimiyyəti əslində keçmiş baş nazir Serj Sarkisyanın formalaşdırdığı hökumət strukturunu saxlayır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan bildirib.

"Məlumdur ki, dövlət idarəçiliyinin bu strukturu Serj Sarkisyanın "kostyumu” adını alıb və  super-baş nazirlik sistemidir. İndi bu kostyumdan bir neçə düyməni çıxarmağı təklif etdiyiniz bir layihə gətirmisiniz. Və deyirsiniz ki, indi “kostyum oturur?", – deyə Marukyan əlavə edib.

Marukyan daha sonra hökumətin nə etdiyini göstərmək üçün pencəyini əynindən çıxarıb.

Baş nazir Nikol Paşinyan mövzu ilə bağlı xatırladıb ki, Milli Təhlükəsizlik Xidməti və polis nazirlik olmalıdır, lakin onun göstərişi yerinə yetirilməyib. Bu strukturları hökumətə daxil etmək təklifi rədd edilib.

Marukyan isə deyib ki, təqdim edilən bu sistem Serj Sarkisyanın sistemidir:

“İki düyməni sildiniz, lakin baş nazir Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin rəhbəri olaraq qalır. Bu strukturlar üçün məsuliyyət daşıyacaq əlaqələndirici yoxdur ".

Qeyd edək ki, "Parlaq Ermənistan" hökumət strukturunda dəyişiklikləri nəzərdə tutan layihəsini təklif edib.

Layihəyə görə, optimallaşdırmadan sonra hökumət baş nazirdən, 2 vitse-baş nazir və 12 nazirdən ibarət olacaq.

P.Sultanova

Paylaş:
952

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər