Tramp "soyqırımı" sözünü işlətmədi | 1news.az | Xəbərlər
Dünya

Tramp "soyqırımı" sözünü işlətmədi

11:53 - 25 / 04 / 2019
Tramp "soyqırımı" sözünü işlətmədi

ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımının 104-cü ildönümü ilə bağlı” müraciətində “erməni soyqırımı" ifadəsindən istifadə etməyib.

1news.az RİA Novostiyə istinadla xəbər verir ki, bunun əvəzinə o, "мeds yeghern” ("erməni dilindən “böyük zülm" kimi tərcümə olunur) ifadəsini işlədib.

Tramp deyib ki, Birləşmiş Ştatlar "XX əsrin ən kütləvi faciələrindən birinin" qurbanlarının xatirəsini anır.

Xatırladaq ki, ABŞ prezidentləri ənənəvi olaraq "soyqırımı" ifadəsini işlətməkdən çəkinirlər. Bu ifadəni birinci və sonuncu dəfə 1978-ci ildə ABŞ prezidenti Ronald Reyqan işlədib.

P.S.

Paylaş:
645

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər