Paşinyan və Koçaryan məhkəmədə üz-üzə gələcək | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan və Koçaryan məhkəmədə üz-üzə gələcək

15:32 - 06 / 05 / 2019
Paşinyan və Koçaryan məhkəmədə üz-üzə gələcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın baş nazir Nikol Paşinyana qarşı iddiası üzrə məhkəmə iclasının tarixi məlum olub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, iddia üzrə ilk iclası 12 iyun saat 16: 40-da (yerli vaxtla) keçiriləcək.

Koçaryan ötən ilin sentyabr ayında Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. O, şərəf və ləyaqətinin, barəsində səsləndirilmiş böhtanlardan müdafiə olunmasını tələb edir.

Çıxışlardan birində baş nazir toxunulmazlıq bəhanəsi ilə Koçaryanın həbsdən azad edilməsinin anlaşılmazlıq yaratdığını deyib.

Paşinyan onda bunları bildirib: “Toxunulmazlıq nə deməkdir, Yəni insanların öldürülməsini təşkil edib və "mən toxunulmazam" desin, bu, harda yazılıb?”.

Beləliklə, Paşinyan 2008-ci il martın 1-2-də baş verən hadisələr zamanı etirazçıların ölümündə Koçaryanın iştirakına işarə edib.

P.Sultanova

 

Paylaş:
609

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər