Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olacaq | 1news.az | Xəbərlər
Futbol

Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

16:47 - 07 / 05 / 2019
Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

1news.az-ın məlumatına görə, ilk finalçınını adına aydınlıq gələcək görüşdə “Liverpul” doğma arenada “Barselona”nı qəbul edəcək.

“Nou Kamp”da baş tutan ilk oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “Barselona”nın şansları daha yüksək qiymətləndirilsə də, “Liverpul”un sona qədər mübarizə aparacağına çətin kimsə şübhə etsin. Bu baxımdan azarkeşləri çox gərgin və maraqlı bir qarşılaşmanın gözlədiyini söyləmək olar.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında sabah “Ayaks” “Tottenhem”i qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasında ilk oyun minimal hesabla Hollandiya təmsilçisinin xeyrinə başa çatıb.

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

7 may

23:00.”Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya)
İlk oyun - 0:3



1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər