Kim Çen İn beş diplomatı edam etdirib | 1news.az | Xəbərlər
Dünya

Kim Çen İn beş diplomatı edam etdirib

12:18 - 31 / 05 / 2019
Kim Çen İn beş diplomatı edam etdirib

Şimali Koreya lideri Kim Çen In ABŞ-la sammitin uğursuz olması səbəbinə görə beş diplomatı edam etdirib.

1news.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Məlumata görə, KXDR-in Xarici İşlər Nazirliyinin dörd əməkdaşı və ABŞ ilə əlaqələr üzrə Dövlət Şurasının xüsusi nümayəndəsi Kim Hyok Çhol "edam"a məruz qalıb. Onların hər biri ABŞ-a casusluq etməkdə ittiham olunub.

O da məlum olub ki, Kim Çen Inın birinci müavini Kim En Çhol “katorqa” ilə cəzalandırılıb. Lakin Şimali Koreya liderinin tərcüməçisi Inın sözlərini səhv tərcümə etməsinə görə onun düşərgəyə göndərildiyini iddia edib.

Daha üç məmurun da ağır əmək düşərgəsinə göndərildiyi bildirilir.

P.Sultanova

Paylaş:
580

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər