Qaniçən erməni general əlil arabasında - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Qaniçən erməni general əlil arabasında - VİDEO

09:38 - 04 / 06 / 2019
Qaniçən erməni general əlil arabasında - VİDEO

İnsulin dozası almaq üçün "Nairi" xəstəxanasına yerləşdirilmiş  Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryan yenidən həbsxanaya qaytarılıb.

1news.az xəbər verir ki, onun təkərli kürsüdə həbsxanaya qaytarılmasına dair görüntülər yayılıb.

Qriqoryanın növbəti məhkəmə prosesi bu gün keçiriləcək. Məhkəmə mayın 2-də başlayıb. Onda özünü pis hiss etdiyi üçün Qriqoryan məhkəməyə gətirilməyib, prosesdə onun həyat yoldaşı Nazik Amiryan iştirak edib.

Qeyd edək ki, Qriqoryan 2018-ci ilin iyun ayında həbs olunub (deputatlıq səlahiyyətindən məhrum edildikdən sonra. Keçən il dekabrın 21-də 25 milyon dram (51,5 min dollardan çox) girov müqabilində azad edilib, bundan sonra isə onun  həbsxanaya geri qayıtması tələbi ilə mitinqlər, yürüşlər başlayıb, 22 yanvar 2019-cu ildə məhkəmə Qriqoryanı yenidən həbs etmək qərarına gəlib.

Qriqoryan qanunsuz olaraq silah-sursat, partlayıcı maddələr əldə edib saxlanılmasında, böyük miqdarda mənimsəmədə günahlandırılır. Qeyri-qanuni silah saxlamaq ittihamında həyat yoldaşı Nazik Amiryanın da adı keçir.

P.S.

Paylaş:
744

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər