Şabranda gənc qadın itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda gənc qadın itkin düşüb - FOTO

10:03 - 19 / 06 / 2019
Şabranda gənc qadın itkin düşüb - FOTO

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Dadaşova Nuranə Ədalət qızının əlamətlərinə gəlincə, bildirilir ki, boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə - 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1news.az

Paylaş:
718

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər