Əli Kərimli sərbəst buraxılıb

Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.
Xatırladaq ki, bu gün AXCP sədri Əli Kərimli polis əməkdaşları tərəfindən saxlanılıb. Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.
Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.
1news.az
430