“Suvar” ləzgi mahnı və rəqs ansamblı Füzulidəki həbrçilərə konsert verib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Suvar” ləzgi mahnı və rəqs ansamblı Füzulidəki həbrçilərə konsert verib – FOTO – VİDEO

11:15 - 28 / 06 / 2019
“Suvar” ləzgi mahnı və rəqs ansamblı Füzulidəki həbrçilərə konsert verib – FOTO – VİDEO

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonunun N saylı hərbi hissəsində “Suvar” ləzgi mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

1news.az-ın verdiyi xəbərə görə, əvvəlcə “Suvar” ləzgi mahnı və rəqs ansamblının kollektivi və aprel döyüşçüləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

 

Füzuli rayonunda ansamblın kollektivi aprel döyüşlərində şəhid olanların xatirə abidəsini ziyarət ediblər. Çıxış edənlər qeyd ediblər ki, 2016-cı ildə Azərbaycan Ordusu öz gücünü və qələbə cəhdini nümayiş etdirərək, düşmən üzərində növbəti qələbəni qazandı.

Qeyd edildi ki, aprel döyüşləri bütün dünyaya güclü ordumuzun olduğunu, qarşıya qoyulmuş bütün məqsədlərə nail olmasını göstərdi. Çıxış edənlər ordumuzun arxasında xalqın dayandığını qeyd ediblər.

Daha sonra “Suvar” ləzgi mahnı və rəqs ansamblının kollektivi və aprel döyüşlərinin iştirakçıları şəhid ailəsi Orxan Həmidovun ailəsini ziyarət edib. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş Orxan Həmidov aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” (ölümündən sonra) medalı ilə təltif edilib.

Şəhidin anasının sözlərinə görə, Orxanın həyatı və döyüş yoluna “Mən görüşə gedirəm” adlı sənədli film həsr olunub. Filmin təqdimatı yaxın zamanlarda baş tutacaq.  

Daha sonra Füzuli rayonunun N saylı hərbi hissəsində “Suvar” ləzgi mahnı və rəqs ansamblının konserti baş tutub. İlk olaraq Azərbaycan dövlət himni səsləndirilib, iştirak edənlər bir dədiqləlik sükutla şəhidlərin xatirəsini yad ediblər.

İlk olaraq N saylı hərbi hissəsinin komandir əvəzi vəzifəsini icra edən Firudin Əzizov, “Suvar” ləzgi mahnı və rəqs ansamblının bədii rəhbəri Zavir Nəcəfov, Braziliya Ciu-Citsu Klubu ictimai birliyin prezidenti, Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov çıxış ediblər.

Onlar 2016-cı ilin aprel döyüşlərini Azərbaycan Ordusunun tarixi qələbəsi – ölkənin müasir tarixində ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunduğunu vurğulayıblar. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun şücaətini, qarşıya qoyduğu məqsdələrə nail olma bacarığını nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ardıcıl siyasətin sayəsində ordumuz bu gün yüksək peşəkarlıq, maddi-texniki təchicat, silah və döyüş sursatları, döyüş qabiliyyəti nöqteyi-nəzərindən regionda ən güclü, dünyada isə güclülərdən biri hesab olunur. Təbdirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib.

Konserti ansamblın solistləri Cəvahir Abdulova və Elvina Heydərovanın ifaları daha da rəngləndirib. “Suvarların” ehtiraslı, odlu rəqsləri tamaşa edənlərə enerji, sevinc və sevgi bəxş etdi. Demək olar ki, konsert ərzində bütün hərbçilər kollektivlə birlikdə rəqs etdi. Bu da ansambla olan marağın, konsertin yüksək səviyyədə təşkil olunmasının bariz göstəricisidr. Konsert Mübariz Tağıyevin “Qalx, qalx!” mahnısı ilə başa çatıb.

Konsertdən sonra “Suvar” ləzgi mahnı və rəqs ansamblının kollektivi əsgərlərlə birlikdə nahar edib. Ansamblın bədii rəhbəri Zavir Nəcəfov konsertlə bağlı öz təəssüratlarını bölüşüb:

“Burada bizi çox mehriban qarşıladılar. Hərbçilərin sevinc dolu üzlərini görmək çox xoş idi. Tədbir yüksək səviyyədə keçdi. Əsgərlərlə birlikdə nahar etməyimiz daha çox xoşuma gəldi. Sevinirəm ki, “Suvar” ləzgi mahnı və rəqs ansamblı öz tarixinə daha bir səhifə yazdı. Vətənimizin müdafiəsində dayanalarla fəxr edirik. Bu konsertin təşkilinə görə “Samur” ləzgi mədəniyyət mərkəzinə, Azərbaycanın Müdafiə Nazirliyinə minnətdarlığımı bildirmək istərdim”.

Z.Nəcəfov qeyd edib ki, gələn il kollektivin 25 illik yubileyi keçiriləcək:

“2020-ci ilin mayında genişmiqyaslı konsert keçirməyi planlaşdırırıq. Rəqs məktəblərimizin sayını genişləndirmək istərdik. Bir arzum da var ki, ansamblımıza fəxri ad verilsin”.

Ansamblın gələcək planlarından danışan Nəcəfov kollektivin ən azı ildə iki dəfə hərbi hissələrimizdə konsert proqramı ilə çıxış edəcəyinə ümid etdiyini bildirib.

Konsetdən sonra “Suvar” ləzgi mahnı və rəqs ansamblı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yollanaraq oradakı sakinlər üçün yaradılmış yaşayış şəraiti ilə tanış olub. Daha sonra kollektiv Füzuli rayonunun Alxanlı kəndinə gələrək, düşmənin açdığı atəş nəticəsində şəhid olan Zəhra və nənəsinin qəbrini ziyarət edib, önünə gül dəstələri qoyub.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanın Mədəniyyət və İdman nazirlikləri ansamblı “Xalq kollektivi” fəxri adına layiq görüb. Elə həmin il ansambl Azərbaycanı Ankarada keçirilən beynəlxalq festivalda təmsil edib. Türkiyədəki ongünlük festival proqramının bir günü “Suvar” ansamblına həsr olunaraq, festivala Qafqaz kaloriti bəxş edib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1697

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər