“Azərbaycan” İES-ə məxsus yarımstansiyada yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan” İES-ə məxsus yarımstansiyada yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb

15:04 - 29 / 06 / 2019
“Azərbaycan” İES-ə məxsus yarımstansiyada yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb

2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Azərenerji ASC-dən 1news.az verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb.

1news.az

Paylaş:
382

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər