Erməni nazir: Pensiyaların artırılması üçün 25 milyard dram tələb olunur | 1news.az | Xəbərlər
Ermənistan

Erməni nazir: Pensiyaların artırılması üçün 25 milyard dram tələb olunur

16:01 - 11 / 07 / 2019
Erməni nazir: Pensiyaların artırılması üçün 25 milyard dram tələb olunur

Ermənistanda 2020-ci ildən etibarən pensiyaların artırılması üçün əlavə vəsaitin həcmi təxminən 25 milyard dram həcmində qiymətləndirilir.

1news.az xəbər verir ki, bu  barədə jurnalistlərə maliyyə naziri Atom Cancuqazyan bildirib.

Onun sözlərinə görə, bu rəqəm Əmək və Sosial İşlər Nazirliyindən dəqiq məlumat verildikdən sonra tam aydın olacaq.

Hansı vəsait hesabına pensiyaların artırılacağına gəlincə, erməni nazir deyib ki, dövlət büdcəsinin gəlirlərindən və cəlb olunmuş kreditlərindən başqa, büdcədə başqa mənbələr yoxdur.

Xatırladaq ki, Ermənistan hökuməti 2020-ci il yanvarın 1-dən ölkədə pensiyaların həcmini 10% artırmaq üçün orta müddətli xərclər proqramını təsdiqləyib.

P.Sultanova

 

Paylaş:
835

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər